Turkiy%C9%99

Türkiyədə taksi sürücüsünün Fələstindən gələn iki turist xanıma etdiyi jest sosial mediada diqqət çəkib. Belə ki, iki fələstinli turist Türkiyədə taksidən istifadə edib və sürücü söhbət zamanı onların Fələstindən gəldiyini öyrənib.

Globalinfo.az xəbər verir ki, tərəflər arasında ünsiyyət tərcümə proqramı vasitəsilə baş tutub.

Turistlərin Fələstindən olduğunu öyrənən sürücü onlardan gediş haqqı almayacağını bildirib. Xanımlar bunun səbəbini soruşduqda isə sürücü “Biz türklər ölkəmizə gələn fələstinli qardaşlarımızdan pul almırıq” deyə cavab verib.

Sürücü turist xanımlara müraciətlə onların hər ikisinin onun bacısı olduğunu və Türkiyə ilə Fələstinin qardaş ölkələr olduğunu vurğulayıb. Bu jest qarşısında turist xanımlar taksi sürücüsünə təşəkkür ediblər.

 

Zaira Akifqızı,

Globalinfo.az

Paylaş: