ABŞ Prezidenti Donald Tramp sosial media hesabında diqqətçəkən paylaşım edib.
Globalinfo.az xəbər verir ki, Ağ Ev rəhbərinin paylaşdığı görüntüdə ABŞ-ın hazırkı sərhədləri ilə yanaşı, Kanada, Meksika, Qrenlandiya və Kuba da daxil olmaqla ətraf ərazilər “ABŞ torpağı” kimi göstərilib.
Bu isə Trampın ABŞ-ın Nyu-Meksiko ştatının adındakı “Mexico” sözünün üzərindən xətt çəkilərək yerinə “America” yazılmış xəritəni paylaşmasından sonra yayılıb.
Meksika Prezidenti Klaudiya Şeynbaum sosial media hesabında Trampın paylaşımına reaksiya verib.
O, Meksikanın “azad, müstəqil və suveren” ölkə olduğunu vurğulayaraq, ölkəsinin heç bir xarici dövlətin himayəsi altında olmadığını və olmayacağını bildirib.
Əliyar Xəlil
Globalinfo.az