iranprotests 4

İran Ermənistan qarşısında TRIPP (“Tramp marşrutu”) layihəsinin təhlükəsizliyinin təmin olunması ilə bağlı şərt qoyub.

Globalinfo.az-ın xəbərinə görə, bu barədə News.am öz mənbələrinə istinadən yazıb.

Tehran istəyir ki, Ermənistan ərazisində TRIPP layihəsinin təhlükəsizliyini yalnız Ermənistan və ya artıq ölkə ərazisində yerləşən üçüncü dövlətin silahlı qüvvələri təmin etsin.

Məlumata görə, İran bununla Ermənistan ərazisində, xüsusilə də öz sərhədləri yaxınlığında ABŞ hərbçilərinin yerləşdirilməsinin qarşısını almağa çalışır. Tehran ehtiyat edir ki, ABŞ hərbi qüvvələrinin Ermənistanda yerləşdirilməsi onları İran üçün potensial hərbi hədəfə çevirə bilər. Bu narahatlıq ABŞ-la İran arasında davam edən gərginlik fonunda daha da artır.

Ermənistan hakimiyyəti isə İranı əmin edib ki, TRIPP layihəsinin həyata keçirilməsi Tehran üçün heç bir təhlükə və ya çağırış yaratmayacaq.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: