222 2

Bakıda yağan güclü yağış paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətini çətinləşdirib.

Globalinfo.az xəbər verir ki, intensiv yağıntı nəticəsində bir sıra yollarda yağış suları toplanıb. Bu səbəbdən həmin ərazilərdə avtomobillərin hərəkətində çətinlik yaranıb, sürücülər yollarda daha ehtiyatlı hərəkət etməyə məcbur olublar.

Paytaxtın bəzi ərazilərində yolların su ilə dolması nəqliyyatın hərəkət sürətinin azalmasına da səbəb olub. Yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə diqqətli olmaları, ara məsafəsini qorumaq və sürət həddinə əməl etmək tövsiyə olunur.

Xatırladaq ki, sinoptiklərin məlumatına görə, paytaxtda yağıntılı hava şəraiti sabah günorta saatlarınadək davam edəcək.

 

Paylaş: