İsrail səfiri prezidentə görə Braziliya XİN-ə çağırıldı

İsrailin Braziliyadakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Braziliya XİN-dən məlumat verilib.

Bildirilib ki, buna səbəb Braziliya Prezidenti Luis İnasio Lula da Silvanın İsraildə persona non-qrata elan edilməsidir.

Qeyd edək ki, Braziliya Prezidenti Luis İnasio Lula da Silva İsrailin Qəzza zolağındakı hərəkətlərini nasist Almaniyasının lideri Adolf Hitlerin yəhudilərə qarşı cinayətləri ilə müqayisə edib.