İmamoğlunun yerinə o seçildi – FOTO

ekrem imamoglu 1

İstanbul Böyükşəhər Bələdiyyəsinə rəhbərlik edəcək şəxs müəyyənləşib. 

Globalinfo.az xəbər verir ki, Saraçhane bələdiyyə binasında keçirilən yığıncaqda Cümhuriyyət Xalq Partiyası (CHP) və Ədalər və İnkişaf Partiyasından (AKP) namizədlər irəli sürülüb.

Gizli keçirilən səsvermədə ümumilikdə 301 səsdən 5-i keçərsiz hesab edilib. CHP-nin namizədi Nuri Aslan 173, AKP-nin namizədi isə 123 səs toplaya bilib.

Nəticədə Nuri Aslan növbəti bələdiyyə sədri seçilib.

Qeyd edək ki, bundan əvvəlki sədr Əkrəm İmamoğlu martın 19-da saxlanılıb. Ona qarşı irəli sürülən ittihamların bəzilərinə əsasən barəsində həbs qərarı çıxarılıb.

thumbs b c 54b858c78c0adab67f6b178c50264ecd
Nuri Aslan

Əliyar Xəlil
Globalinfo.az