İsrail Hərbi Hava Qüvvələrinin onlarla qırıcısı İranın Tehran, Şiraz və Təbrizdə yerləşən hərbi obyektlərə növbəti hava zərbəsi dalğasını tamamlayıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Məlumata görə, İslam Respublikasının paytaxtında təhlükəsizlik qüvvələrinin qərargahlarına, o cümlədən Kəşfiyyat Nazirliyinə və “Bəsic”in qərargahına zərbələr endirilib.
Bundan əlavə, dronların, ballistik raketlərin və Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin saxlanıldığı obyektlər də hədəfə alınıb.
Cənub-qərbi İranda yerləşən Şirazda zərbələrin hədəfi daxili təhlükəsizlik komandanlığı qərargahı və ballistik raketlərin saxlanıldığı obyekt olub.
Təbrizdə isə İsrail qırıcıları üçün hava məkanını təhlükəsiz etmək məqsədilə HHM sistemləri məhv edilib.