Azərbaycan Prezidentinin 25 may tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi məqsədilə İsmayıllıda Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirə keçirilir.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, tədbirdə Prezidentin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov çıxış edib.
O, qeyd olunan dövrdə aqrar sahəyə dövlət dəstəyinin artırıldığını vurğulayıb. Qeyd edib ki, görülən tədbirlər nəticəsində pambıqçılıq, tütünçülük, üzümçülük və şərabçılıq kimi ənənəvi sahələrdə istehsal və ixrac potensialı əhəmiyyətli dərəcədə artıb.
Bildirilib kİ, Prezidentin tapşırığına uyğun olaraq, 32 rayonda 52 aqropark yaradılıb. Bu, sahibkarlığın inkişafını daha geniş şəkildə təşviq edərək, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalında, o cümlədən bəzi kənd təsərrüfatı məhsulları üzrə idxaldan asılılığın aradan qaldırılmasında və məşğulluğun artırılmasında xüsusi əhəmiyyət kəsb edib.










