telebe

Avqustun 9-u saat 08:30 radələrində İsmayıllı rayonu ərazisində baş verən yol nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (2-si qadın, 1-i kişi cinsli) İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

1964-cü il təvəllüdlü şəxsə (kişi cinsli) döş qəfəsinin və çanağın qapaıı travması, 1966-cı il təvəllüdlü şəxsə isə (qadın cinsli) qabırğaların, bazu sümüyünün və mil bilək sümüyünün çoxsaylı sınıqları, 1991-ci il təvəllüdlü şəxsə (qadın cinsli) travmatik və hipovolmik şok, dəqiqləşdirilməmiş komatoz vəziyyət diaqnozu təyin olunub.

Vəziyyətləri orta ağır qiymətləndirilən hər iki şəxsə zəruri tibbi xidmətlər göstərildikdən sonra onlar özəl tibb müəssisəsinə təxliyə olunub.

Zəruri tibbi müdaxilələrə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 1991-ci il təvəllüdlü şəxsin ölüm faktı qeydə alınıb.

*** 09.08.25  23:21

Bu gün İsmayıllı rayonunun Qurbanəfəndi kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, səhər saatlarında kənd ərazisində “Toyota Prado” ilə “VAZ-21011” markalı avtomobil toqquşub. Nəticədə “Toyota”da olan sərnişin, 34 yaşlı Aydan Vüsət qızı aldığı xəsarətlərdən xəstəxanada ölüb.

“Unikal”ın məlumatına görə, həyatını itirən Aydan Maliyyə Nazirliyinin əməkdaşı olub. O, Maliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Xarici ölkələrdəki nümayəndəliklərin maliyyəsi sektorunun baş məsləhətçisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Aydan Çinin Pekin şəhərində magistratura təhsilini bitirib və yenicə Azərbaycana qayıdıbmış.

514264803 10033575483363215 4491539658042393742 n

Paylaş: