İrəvan “Zəngəzurun müdafiəsinə” qalxdı – Yeni çağırış

Ermənistan daha bir ölkədən Azərbaycanla sərhəd ərazidə konsulluq açmasını istəyib.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni KİV yazıb.

Belə ki, Fransa Senatının erməniyönlü deputatları bu ölkənin Ermənistanın Sünik (Zəngəzur) vilayətində konsulluq açması təşəbbüsü ilə çıxış ediblər.

Qeyd edək ki, sözügedən əyalət Azərbaycanla sərhəddə yerləşir və məhz bu əyalət vasitəsilə Naxçıvana quru yolunun açılması gündəmdədir.

Artıq İran burada konsulluq açıb, Rusiyanın da analoji addımı atması gündəmdədir.

Tamerlan Yayaqan
Globalinfo.az