Ermənistanın Baş nazir administrasiyasının mətbuat xidmətinin rəhbəri Nazeli Baqdasaryan Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında Dubayda görüşün planlandığına dair iddialara münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, Baqdasaryan iddianı nə təsdiq, nə də təkzib edib.
“Baş nazirin səfərləri barədə lazımi məlumat vaxtında verilir”, – açıqlamada qeyd olunur.
Xatırladaq ki, bundan əvvəl “Middle east eye” nəşri iyulun sonunda Dubayda Azərbaycan və Ermənistan rəhbərləri arasında görüş keçiriləcəyinə dair məlumat yayıb.
Əliyar Xəlil
Globalinfo.az