Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropanı Ukrayna ilə bağlı danışıqlarda Rusiya prezidenti Vladimir Putini küncə sıxışdırmağa çağıran Estoniyanın xarici işlər naziri Marqus Tsaxnaya cavab verib.
Globalinfo.az xəbər verir ki, Zaxarova Teleqram kanalında yazıb:
“Mən başqa bir NATO “həndəsəçisini” dəli etməkdən qorxuram, amma bunu deyəcəyəm. Biz tamamilə bir küncdəyik. Xüsusilə Marqus üçün aydınlaşdıracağam: tam 360 dərəcə. Manevr etmək üçün əla mövqedir”.
Xatırladaq ki, Tsaxna fevralın 16-da Putini “küncə sıxışdırmaq”la yanaşı, Avropa liderlərinin Rusiya-Ukrayna münaqişəsi ilə bağlı danışıqlarda qətiyyətli hərəkət etməli olduqlarını bildirib.
Əliyar Xəlil