Ermənistanın adı siyahıya daxil edildi, sonra çıxarıldı

Avropa İttifaqı Şurası tərəfindən işgəncələr və qanunsuz həbslərə qarşı qəbul edilmiş Maqnitski Aktına Ermənistanın da daxil olması haqda yayılan xəbərlər əsassızdır.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat yayıb.

O bildirib ki, Ermənistanın adı siyahıya daxil edilib, lakin sonradan redaktə edilərək çıxarılıb:

“Ermənistan xarici siyasət prioritetlərinə əsaslanaraq Aİ bəyanatlarına tez-tez qoşulur, müzakirə olunan məsələlərdə öz dəstəyini və həmrəyliyini nümayiş etdirir. Aİ Şurasının 17 dekabr tarixli bəyanatında da göründüyü kimi, Ermənistan Aİ Şurasının 4 dekabr (2023/2721) məhdudlaşdırıcı tədbirlərlə bağlı qərarına qoşulmayıb”.