hormuz

İran sanksiya təzyiqlərinin davam etdiriləcəyi təqdirdə Hörmüz boğazı ilə bağlı məhdudiyyətlər tətbiq edə biləcəyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Xatəmi bildirib. O qeyd edib ki, ölkənin ticarət və iqtisadi fəaliyyət imkanları məhdudlaşdırılarsa, Tehran digər dövlətlərə qarşı da analoji addımlar ata bilər.

Generalın sözlərinə görə, İran rəqib ölkələrin strateji əhəmiyyət daşıyan Hörmüz boğazından istifadə etməsinə imkan verməyəcək. O qeyd edib ki, İran özü əsas logistika və ticarət marşrutlarına çıxış baxımından məhdudiyyətlərlə üzləşdiyi halda, digər ölkələrin bu marşrutlardan sərbəst istifadəsi qəbuledilməzdir.

Hörmüz boğazı dünya neft və enerji daşımalarının mühüm hissəsinin keçdiyi strateji su yolu olduğundan, burada mümkün məhdudiyyətlər regionda və beynəlxalq enerji bazarlarında ciddi nəticələr doğura bilər.

Tahir Turan
Globalinfo.az

Paylaş: