tehran kiyev scaled

Ukrayna Təhlükəsizlik Xidməti İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) briqada generalı Abbas Musa Şərifi Molasareinin 2022-ci ildə bir qrup təlimçi ilə Rusiya hərbçilərinə PUA təlimi keçmək üçün Krıma gəldiyini iddia edib. Ukraynanın baş prokuroru Andrey Kostin isə Kiyevə qarşı müharibədə Rusiyaya kömək etdiyi üçün iranlı generala cinayət işi açdığını bildirib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani isə deyib ki, iranlı generalın rus qüvvələrinə təlim keçmək məqsədilə Ukraynada olduğu iddiasının heç bir əsası yoxdur. O, İranın Rusiya ilə Ukrayna arasındakı problemin sülh yolu ilə həllinə maraqlı olduğunu bildirib: “Belə əslsiz iddialar müəyyən siyasi məqsədlər üçün irəli sürülür. Bu cür ittihamlar İranın Ukraynadakı gərginliklə bağlı prinsipial yanaşmasına ziddir”.

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, bu ittihamın nə qədər doğru olduğunu demək çətindir:

08bZbRHikP1Dwhs6SRea

Kənan Novruzov

“Amma nəzərə almaq lazımdır ki, İranın təkzibi də təəccüblü deyil. Belə ki, ABŞ və Fransa açıq-aydın Ermənistanı silahlandırdıqları halda bunu inkar edir. Yəni bu, adətən belə olur: heç bir üçüncü tərəf tərəflərdən birini dəstəklədiyini açıq şəkildə demir. Fakt isə ondan ibarətdir ki, bu gün Ukraynada əslində Qərb və Şərq arasında müharibə gedir.

İran Şərq tərəfinin təmsilçisi kimi Rusiyanı bu və ya digər formada dəstəkləyir. Çünki yaxşı bilir ki, Rusiya bu müharibədə uduzsa, İranın işi indikindən daha çətin olacaq. Bu mənada Nasir Kənaninin təkzibi həm də bir təsdiq əlamətidir.

Ümumiyyətlə, İranın Rusiyaya PUA verməsi ilə bağlı da bir çox məlumat var. Hətta Ukrayna ordusu bu PUA-ların bir neçəsini vaxtilə vurmuş İran istehsalı olduğunu təsdiqləmişdi. İndiki məqamda Tehranın Rusiya hərbçilərinə PUA təlimi keçmək üçün Krıma təlimçi göndərməsi təəccüblü deyil”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: