İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi ABŞ və İsrailin İrana qarşı mümkün hərbi əməliyyatına Avropa ölkələrinin qoşulacağı təqdirdə bunun yeni müharibə kimi qiymətləndiriləcəyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə o, mətbuat konfransında danışarkən deyib.
O bildirib ki, İrana qarşı atılacaq hər hansı addım təcavüzkarlara yardım kimi qiymətləndiriləcək.
“Bu, müharibə aktı demək olacaq. İrana qarşı istənilən belə addım təcavüzkarlara yardım kimi dəyərləndiriləcək”, – Bəqayi vurğulayıb.
Qeyd edək ki, son günlər ABŞ və İsrailin İrana qarşı mümkün əməliyyat planları ilə bağlı regionda gərginlik artıb. Rəsmi Tehran isə hər hansı xarici müdaxiləyə sərt cavab veriləcəyini bəyan edir.
Əliyar Xəlil