İranda turistik mərkəz hökumət tərəfindən bağlandı

İranda turistik mərkəz hökumət tərəfindən bağlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Məlumatda bildirilib ki, 700 nəfərlik “Mehr və Mahe-Qom” turizm kompleksi hicabsız qadınlara da xidmət göstərdiyinə görə qapadılıb.

“Qum-Tehran magistralının 6-cı kilometrliyində yerləşən “Mehr və Mah” böyük rifah turizm kompleksinin qapıları hicabsızlara xidmət göstərdiyi və xəbərdarlıqlara əhəmiyyət verilmədiyi üçün möhürlənib”, – deyə məlumatda qeyd edilib.