93649 1

ABŞ-nin Hörmüz boğazında İranın mövqelərinə endirdiyi zərbələr nəticəsində 18 nəfər həlak olub”.

Globalinfo.az Qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə İranın səhiyyə naziri Məhəmməd Rza Zəfərqəndi məlumat verib.

Nazirin sözlərinə görə, ötən gecə İranın müxtəlif əyalətlərinə endirilən hava hücumları nəticəsində 18 nəfər həyatını itirib, daha 108 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qeyd edək ki, sentyabrın 1-də ABŞ Silahlı Qüvvələri Hörmüz boğazında yerləşən İran obyektlərinə kütləvi zərbələr endirib. Cavab olaraq İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarını raket və PUA-larla atəşə tutduğunu bəyan edib.

Paylaş: