aeMnkLH5O21fA508O0EzLwlqJFOPbBC83qNKLR0w 1200 1

Şəkidə fərdi yaşayış evində yanğın hadisəsi olub.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, rayonun Çələbixan qəsəbəsində axşam saatlarında Vüqar Barat oğlu İbadova məxsus fərdi yaşayış evində yanğın baş verib.

Yanğın nəticəsində evin 45 kv/m-lik sahəsinin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Yanğının söndürülməsinə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

6a98545dd60496a98545dd604a17883679656a98545dd60416a98545dd6047 6a98545e5c65c6a98545e5c65d17883679656a98545e5c6596a98545e5c65a 6a98545e25c5b6a98545e25c5c17883679656a98545e25c596a98545e25c5a

Paylaş: