Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Liderlərin Ermənistanın Avrasiya İqtisadi İttifaqın (Aİİ) sədrliyinin yekunlarını, ittifaq çərçivəsində qarşıda duran vəzifələri müzakirə etdiyi bildirilir.
Həmçinin Ermənistan-Rusiya ikitərəfli münasibətlərinin gündəliyində duran bir sıra məsələlərlə bağlı da fikir mübadiləsi aparılıb.
Əliyar Xəlil
Globalinfo.az