İsrail və Suriya arasında təhlükəsizlik sazişi ilə bağlı aparılan danışıqlarda razılıq əldə olunmayıb.
Globalinfo.az xəbər verir ki, “Vala” nəşri məlumat yayıb. Belə ki, danışıqların nəticəsiz qalmasına əsas səbəb İsrail qoşunlarının bufer zonasından çıxarılması məsələsi ilə bağlı tərəflər arasında yaranan fikir ayrılığı olub.
Məlumata görə, tərəflər bir sıra məsələlər üzrə mövqelərini yaxınlaşdıra bilməsələr də, dialoqun tamamilə dayandırılması barədə qərar qəbul edilməyib.
İsrail və Suriya arasında rabitə kanallarının açıq saxlanıldığı və danışıqların davam etdirilməsi imkanlarının qorunduğu bildirilir.
Tahir Turan
Globalinfo.az