iran 0 900x600 1

İranda internet 500 saatdan çoxdur tamamilə kəsilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Beynəlxalq internet monitorinq xidməti “NetBlocks” məlumat yayıb.

İran dünyadan təcrid olunmanın 23-cü gününə qədəm qoyur”, – deyə bildirilib.

Monitorinq xidməti İslam Respublikasının artıq dörd həftədir ki, oflayn rejimdə olduğunu vurğulayıb.

Martın 15-də İranın xarici işlər naziri Abbas Əraqçi “CBS News”a bildirib  ki, İranın davam edən müharibəyə görə təhlükəsizliyin təmin edilməsi üçün internetə çıxış məhdudlaşdırılıb.

Qeyd edək ki, fevralın 28-də ABŞ İsraillə birlikdə  İrana qarşı hərbi əməliyyata başlayıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: