“İrandakı vəziyyətlə əlaqədar Ermənistan Təhlükəsizlik Şurasının iclası keçirilib. Lakin bu, Sünikdə (Zəngəzur-red.)təhlükə olduğu mənasına gəlmir”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O, Zəngəzurla bağlı iddiaları təxribat adlandırıb:
“İclasların Süniklə heç bir əlaqəsi yoxdur. Bu istiqamətdə səsləndirilən fikirlər tamamilə əsassızdır və təxribat xarakteri daşıyır. Ermənistan və Azərbaycan sülh müqaviləsi üzrə razılığa gəliblər, yeni müharibə olmayacaq, sülh olacaq”.
Ayşən Mustafa
Globalinfo.az