WhatsApp Image 2024 07 11 at 10.12.24 2

“Hücumdan əvvəl İsrailə hər hansı mesaj göndərməmişik, sadəcə İsveçrə vasitəsilə ABŞ-a da bildirdik ki, prosesə müdaxilə etməsin”.

Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçı deyib.

O, İsrailin cavab hücumuna sərt reaksiya veriləcəyini, bunun üçün hazırlıq görüldüyünü bildirib:

“Biz ABŞ-a dedik ki, hücumu davam etdirməyi düşünmürük, onlar da müdaxilə etməsinlər. İsraildən fərqli olaraq isə mülki deyil, hərbi obyektləri hədəf aldıq. Yaxın günlərdə artıq bölgədə tədricən sabitlik olacağını gözləyirik”.

Qeyd edək ki, ötən gün SEPAH İsraili ballistik raket atəşinə tutub.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: