
“Biz Azərbaycanla İran arasında münasibətlərdə dəyişiklikləri müşahidə edirik: birgə təlimlər keçirlər, İran alternativ dəhliz təklif edib. Zəngəzur dəhlizi artıq aktuallığını itirib”.
Globalinfo.az xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov “Hraparak” nəşrinə müsahibəsində deyib.
Stanislav Tarasov bildirib ki, Rusiya Ermənistanın daxili işlərinə qarışmır.
“Rusiya birmənalı olaraq Ermənistanın daxili işlərinə qarışmayacaq. İstəsəydi, rıçaqları vardı.
Kim kimə lazımdır – Ermənistan Rusiyaya, yoxsa Rusiya Ermənistana? Ölkəmiz böyük dövlətdir və manevr məkanımız daha genişdir. Baxın: Kiyev məsələsi Vaşinqtonla müzakirə olunduğu kimi, Ermənistan məsələsi isə Ankara ilə müzakirə oluna bilər”.
“Paşinyan Qərbə yatırım etdi, amma bu gözləntilər boşa çıxdı: ABŞ biganədir, Fransa isə uzaqdadır”, – rusiyalı politoloq deyib.