İran bu iki ölkə ilə ittifaq yarada bilər – Rus şərqşünas

Rusiyalı şərqşünas Boris Dolqov Çin, Rusiya və İran arasında ittifaqın mümkünlüyündən bəhs edib.

Globalinfo.az bildirir ki, bu barədə “Rambler” məlumat yayıb.

Dolqovun sözlərinə görə, Rusiya və İran arasında danışıqlar prosesi onların əməkdaşlığını gücləndirir və bu ölkələrlə Çin arasında ittifaqın qurulması üçün ilkin şərtlər yaradır. O vurğulayıb ki, Pekin və Tehran arasında Çin hərbi gəmilərinin İran limanlarına daxil olmasına icazə verən saziş bağlanıb və bu onların münasibətlərinin inkişaf etməsinə əsas verir.

image-48f2282820e2b686996dd5ce00137c9c

Ekspert Rusiya və İranın Suriyada müttəfiqlik münasibətlərinin olduğunu, həmçinin Tehranın Ukrayna böhranı zamanı Moskvanı dəstəklədiyini xatırladıb.

Globalinfo.az, Gülnar Səlimova