“Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunda təhsil aldığım dövrdə türk dilini məcburi şəkildə öyrənmişəm”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.
“İkinci dəfə mən özümün dil seçmək hüququnu əldə etməyə lazım olan balı toplaya bilmədim. Bəli, ərəb dilini öyrənmək istəyirdim. Amma aşağı nəticələrimə görə cəza kimi mənə türk dili verildi”, — Peskov bildirib.
Sonralar Peskov öyrəndiyi dilə münasibətini dəyişib və bir neçə illik iş təcrübəsi, həmçinin türkologiya sahəsində biliklərinin dərinləşməsi həvəsini daha da artırıb. Beləliklə bu təcrübənin onun üçün son dərəcə dəyərli olduğunu anlayıb.
Qeyd edək ki, Dmitri Peskov 1989-cu ildə Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunu “şərqşünas-tarixçi” və “referent-tərcüməçi” ixtisasları üzrə bitirib. Daha sonra Rusiyanın Türkiyədəki səfirliyində çalışıb. 1999-cu ilin noyabrında ATƏT-in İstanbul Sammiti zamanı o, Rusiya prezidenti Boris Yeltsin üçün türk dilindən tərcüməçi kimi fəaliyyət göstərib. Bundan sonra prezidentin mətbuat xidməti idarəsinin rəhbəri Aleksey Qromov onu prezident administrasiyasında işləməyə dəvət edib.
— Afa (@02042006Afa) May 16, 2026
Əliyar Xəlil