İran 30 km-lik əraziyə görə qorxur – “Zəngəzur şifrəsi”

“Zəngəzur dəhlizi” planının həyata keçməsinə ən böyük maneə İrandır”.

Globalinfo.az xəbər verir ki, bunu suriyalı jurnalist Abbas Cümə deyib.

Abbas Cümə

“Türkiyə və Azərbaycan üçün Ermənistan amili artıq mövcud deyil.

İran isə həm siyasi, həm də hərbi nöqteyi-nəzərdən daha dözümlü dövlətdir. Bu ölkənin hakimiyyəti maraqlarının harada olduğunu yaxşı bilir.

“Zəngəzur dəhlizi” İran üçün birbaşa təhdiddir. Bu təhdid, təxminən, 30 kilometrlik bir sərhəd məntəqəsindədir. Bu məntəqə həmin o “Zəngəzur dəhlizi” ilə bağlanmamalıdır”, – jurnalist qeyd edib.

Tahir Turan
Globalinfo.az