AFj0dmOpsye2et4Z

Belarusun ən böyük süd məhsulları istehsalçısı olan “Savushkin Product” şirkəti Prezident Aleksandr Lukaşenkoya inək heykəli hədiyyə edib.

Globalinfo.az xəbır verir kii, bu barədə dövlət başçısının mətbuat xidmətinə yaxın olan “Pul pervogo” Telegram kanalı məlumat verib.

Prezident inəyin şərəfinə abidə qoyulmalı olduğunu söylədi və bu, edildi. Şirkətin adının yazılmış zəngi diqqətlə hazırlanmış inəyin boynundan asılıb”, – deyə bildirilib.

Qeyd edək ki, 2024-cü ilin oktyabr ayında Lukaşenko inəklərin şərəfinə abidə ucaldılmasının vacibliyini elan etmişdi, çünki müharibə illərində partizanlar və uşaqlar məhz bu heyvanlar sayəsində xilas edilmişdilər.

Keçən il Belarus lideri həmçinin vurğulamışdı ki, inəklər təkcə Böyük Vətən Müharibəsi illərinə görə deyil, həm də bu gün də insanları yedizdirməyə davam etdiklərinə görə abidəyə layiqdirlər.

Lukaşenko dəfələrlə mal-qaraya lazımi diqqət yetirməyən təsərrüfatları tənqid edib. O hesab edir ki, mal-qaranın sayının azalması sadəcə “mənəvi çirkinlikdir”.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: