“İkinci Dünya müharibəsindən sonra ilk dəfədir hansısa ölkənin ordusu Rusiyaya hücum edir”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.
Nəşr yazır ki, Ukraynanın Kurskdakı uğurlu hərbi əməliyyatı Rusiyanı təəccübləndirdi və Prezident Vladimir Putinin mövqeyini zəiflətdi. Çünki bu hücum Rusiya sərhədlərinin mühafizəsinin necə kövrək olduğunu göstərdi. Paralel olaraq isə Ukrayna ordusunun əhvali-ruhiyyəsini yüksəltdi.
Həmçinin V.Putinin “rus vətəndaşlarının qoruyucusu” imicinin də sarsılıdığı qeyd edilir.
“Kursk basqını ilə Ukrayna ABŞ və avropalı müttəfiqlərinə Kremldən qorxmamaq lazım olduğunu göstərdi. Yəni Kiyev müharibəni bitirmək üçün əməliyyatın sürətləndirilməsinin vacibliyini sübut etdi”, – nəşr vurğulayıb.
Ayşən Mustafa
Globalinfo.az