İki maşın toqquşdu: ölən və xəsarət alan var – ADLAR

Tovuzda yol-nəqliyyat hadisəsi olub, ölən və xəsarət alan var.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Tovuz rayonun Əlimərdanlı kənd ərazisindən keçən hissəsində baş verib.

Körpü üzərində iki avtomobilin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Yaqubəliyev Elçin hadisə yerində dünyasını dəyişib, Kərimov Vüsal isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.