Sülh sözünün böyük hərflərlə yazıldığı fonda Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri əl sıxışıblar. İlk baxışda təsadüf kimi görünən bu detal əslində dərin simvolik məna daşıyır. Bu görüntü regionda davamlı sülhün təşviqi və iki ölkə arasında normallaşma prosesinə verilən siyasi iradənin nümayişidir.
Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında bildirib.
Hikmət Hacıyev xatırladıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təsisçi üzv kimi “Sülh Şurası”nın ilk iclasında iştirak edir: “Bu iştirak Azərbaycanın postmünaqişə dövründə irəli sürdüyü sülh gündəliyinə sadiqliyinin növbəti təsdiqidir. “Sülh Şurası”nın qurucu sədri kimi çıxış edən Prezident Donald Tramp Azərbaycan–Ermənistan sülh gündəliyinin əhəmiyyətini bir daha vurğulayıb və regionda uzunmüddətli sabitliyin təmin olunması üçün dialoqun davam etdirilməsinin vacibliyini qeyd edib”.
Against the backdrop of the word PEACE written in large capital letters, the President of Azerbaijan and the Prime Minister of Armenia shake hands.
What may seem like a coincidence holds deep symbolic meaning.
Ilham Aliyev, President of the Republic of Azerbaijan, participates… pic.twitter.com/MyyN7YWgW9
— Hikmet Hajiyev (@HikmetHajiyev) February 19, 2026