Hərbi aktivlik artdı: Kremldən Zəngəzur açıqlaması

“Biz Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin üçtərəfli işçi qrupu çərçivəsində görüş keçirdik”.

Globalinfo.az xəbər verir ki, bu sözləri TASS-a Rusiyanın xarici işlər nazirinin müavini Aleksey Overçuk deyib.

“Nəticədə kompleks sənəd formalaşıb. Burada göstərilir ki, regionda kommunukasiyaların açılmasına Arazdəyən-Culfa-Mehri-Horadiz marşrutu üzrə hərəkət edəcək dəmiryolunun bərpası ilə başlanır, burada tərəflərin suverenliyinə hörmətə əsaslanaraq, Azərbaycan və Ermənistan arasında sərhədin keçilməsi proseduruna əsas yanaşmaları müəyyən edilir”, – A.Overçuk bildirib.

O xatırladıb ki, Ermənistan və Azərbaycan sərhədində hələ də toqquşmalar var və belə bir məqamda nəqliyyat əlaqələrinin bərpasından danışmaq çətindir.

Qeyd edək ki, son günlər Ermənistan Zəngəzur istiqamətində hərbi aktivliyi artırıb.

Tamerlan Yayaqan
Globalinfo.az