Azərbaycan Ordusunun iyunun 28-də keçirdiyi “Qisas” əməliyyatı zamanı öldürülən erməni hərbçilərdən ikisinin meyitinin Ermənistana aparılmasına şərait yaradılıb.
Globalinfo.az xəbər verir ki, meyitlərin Ermənistana aparıldığı bir vaxtda ölkənin baş naziri Nikol Paşinyanın harada olması sosial şəbəkələrdə gündəmə çevrilib.
Armlur.am saytının iddiasına görə, belə bir vaxtda Nikol Paşinyan və ölkənin siyasi hakimiyyətinin təmsilçiləri “Marriott” otelinə toplaşıblar. Burada Prokuror Gününün qeyd olunduğu bildirilir.
Qeyd edək ki, bir qədər əvvəl Nikol Paşinyanın Baş prokuror Anna Vardapetyana general-mayor rütbəsi verdiyi açıqlanmışdı.
Tahir Turan
Globalinfo.az