Hakan Fidan Entoni Blinkenlə bunu müzakirə etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Entoni Blinken Braziliyada ikitərəfli münasibətləri və regional məsələləri müzakirə ediblər.

Globalinfo.az xəbər verir ki, Fidan və Blinken Qəzza zolağında mümkün qədər tez tam atəşkəsin təmin edilməsi üçün atılacaq addımlar barədə fikir mübadiləsi aparıblar.

“G-20” xarici işlər nazirlərinin Rio-de-Janeyro görüşündə tərəflər arasında Ukrayna müharibəsi, NATO-nun genişlənməsi prosesi, Azərbaycan və Ermənistan arasında sülh danışıqları və digər regional məsələlər də müzakirə olunub.

Görüşdə qarşıdakı dövrdə həyata keçiriləcək yüksək səviyyəli səfərlərin qrafiki də diqqət mərkəzində olub.