usa police 071115

Federal Təhqiqatlar Bürosu Yeni Orleanda baş verən hücumu terror aktı kimi qiymətləndirməyib.

Globalinfo.az Axar.az-a xəbər verir ki, bu barədə FTB nümayəndəsi Aleta Dankan açıqlama verib.

O bildirib ki, xüsusi xidmət orqanı hələlik hadisəni terror aktı kimi təsdiqləmir.

Şəhərin meri Latoya Kantrell isə avtomobilin piyadaların üzərinə sürülməsini terror aktı kmi qiymətləndirib.

Qeyd edək ki, ABŞ-ın Yeni Orlean şəhərində naməlum şəxs avtomobilini insan izdihamının üzərinə sürüb. Hadisə nəticəsində azı 10 nəfər ölüb, 30 nəfər yaralanıb.

Paylaş: