Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) bütün üzv dövlətlərini və tərəfdaşlarını təbrik edib.
Globalinfo.az bildirir ki, bu barədə nazirliyin “X” sosial media hesabında paylaşım edilib.
“Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin bütün üzv dövlətlərini və tərəfdaşlarını səmimi qəlbdən təbrik edirik.
Azərbaycan AQEM-in Asiyada dialoqun, qarşılıqlı etimadın və əməkdaşlığın təşviqində özünəməxsus rolunu yüksək qiymətləndirir.
AQEM-in sədri kimi Azərbaycan “Daha güclü AQEM: Asiyada bağlantılılıq, rəqəmsallaşma və dayanıqlı inkişaf” devizi altında təşkilatın məqsədlərinin təşviqinə sadiqliyini bir daha təsdiqləyir”, – paylaşımda vurğulanıb.
On the occasion of CICA Day, we extend our sincere congratulations to all Member States and partners of the Conference on Interaction and Confidence-Building Measures in Asia (CICA).
Azerbaijan values CICA’s unique role in promoting dialogue, mutual trust, and cooperation across Asia.
As the Chair of the CICA, Azerbaijan reaffirms its commitment to advancing its objectives under the motto of “Stronger CICA: connectivity, digitalization and sustainable growth in Asia”.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) October 5, 2026