Müğənni Pünhan Piriyev ötən həftə keçirilən toyuna Xalq artisti Alim Qasımovu dəvət etməsi barədə danışıb.
Globalinfo.az xəbər verir ki, müğənni A.Qasımovun toya gəlmək üçün 15 min manat istədiyini bildirib:
“Ustadımız Alim müəllimə zəng elədim, dəvətnamə göndərdim. Dedim ki, mənim arzumdur ki, toyumda siz iştirak edəsiniz. Oxumasaz da, mikrafonu götürüb “Allah səni xoşbəxt eləsin” desəniz, bəsimdir. olsun. Dedim ki, ad günümdə gəlmədiniz, dediniz ki, toyunda gələcəyəm. İndi toyumdur, sizi görmək istəyirəm. Mənə dedi ki, məni necə dəvət edirsən? Dedim ki, böyük kimi, ağsaqqal kimi, el sənətkarı kimi. İstəsəniz açılışı edərsiniz, istəməsəniz, yox. Dedi, 15 min ver, gəlim. Başqa sənətin sahibi olsaydım, məndən bu pulu istəməsi normal olardı. Amma mən bu sənətdəyəm və məni tanıdığı halda mənə 15 min qiymət oxumasını ona yaraşdırmadım. Yaxşı ki, mən bu toyu elədim, hamınızı tanıdım”.
Lent.az-ın müxbiri məsələ ilə bağlı Alim Qasımovla əlaqə saxlayıb. Xalq artisti bu barədə danışmaq istəməyib. O bildirib ki, bu məsələ iki şəxsin arasındadır və bu haqda danışmaq etik deyil.