WhatsApp Image 2026 10 05 at 15.42.53

Pakistanda üç nəfərin təcavüzünə məruz qalan 23 yaşlı azərbaycanlı Diana Bağıyevanın məhkəmədə verdiyi ifadə bəlli olub.

Globalinfo.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva ifadəsində bildirib ki, sentyabrın 13-də İstanbuldan İslamabada gəlib. Bundan sonra beş gün Faysalabadda qalıb, Lahora yola düşüb, həmçinin Skarduya baş çəkməyi planlaşdırıb.

Diana tək səyahət etdiyi üçün tanışları Nimra və Muskanla əlaqə saxlayıb. Onlarla Lahorda görüşməyi planlaşdırıb. İfadəsinə əsasən, Diana saat 23 radələrində kafeyə tək gedib və daha sonra ona Muskan qoşulub. Bundan sonra Nimra da onlara qoşulub. Onlar şam yeməyi yeyiblər və daha sonra saat iki radələrində onlara sürücüsü Əhməd adlı şəxs olan ağ avtomobil yaxınlaşaraq mənzilə aparıb.

Diananın sözlərinə görə, mənzilə daha sonra iki kişi də gəlib, onlardan birinin Ali Zain adlı şəxs olduğu məlum olub. Onun sözlərinə görə, Nimra və Muhsin danışmaq üçün başqa otağa keçiblər və Muskan da onlara qoşulub.

Diana iddia edib ki, Nimra Muhsindən 20 000 ilə 30 000 rupi arasında pul alıb və pulun əyləncə məclisi üçün olduğunu deyib. O həmçinin iddia edib ki, Muhsin ona toxunmağa çalışıb və bundan sonra onu ayrı bir otağa kilidləyiblər. Diana Nimra və Muskan haqqında soruşduqda isə onların artıq getdiklərini deyiblər. Diana da getmək istədiyini bildirib, lakin ona bunun mümkün olmadığını, rəfiqəsinin onlardan pul aldığını deyiblər.

Diana Bağıyeva evdən çıxmaq üçün cəhd edib və bu məqsədlə kişilərə 30 000 rupi təklif edib. Onun sözlərin görə, Ali Zain onu təhdid və şantaj edib. O, həmçinin iddia edib ki, onu spirtli içki içməyə məcbur ediblər. Bundan sonra Muhsin, Əhməd və Ali Zain ona təcavüz ediblər.

Diana həmçinin şübhəlilərin onun əşyalarını da götürdüklərini iddia edib. Onun sözlərinə görə, çantasında təxminən 200 000 rupi və iki mobil telefon olub. Təcavüzçülər ona çantanı yalnız hadisəni polisə bildirməməyə razı olduğu təqdirdə qaytaracaqlarını deyiblər.

Saxlanılan şəxslərdən Əhməd və Ali Zain gecə saatlarında Diana Bağıyevanı avtomobilə mindiriblər və şəhərkənarı ərazidə maşının qapısını açaraq onu itələyərək yol kənarına atıblar.

Qeyd edək ki, istintaq çərçivəsində indiyə qədər Muskan, Muhsin və Ali Zain həbs olunublar. Ümumilikdə müstəntiqlər hadisənin səbəblərini müəyyən etmək üçün 20-dən çox şəxs saxlanılıb. Lakin ehtimal edilən əsas şübhəli Əhməd Tanvir hələ ki həbs olunmayıb.

Sosial şəbəkənin Pakistan seqmentində isə proseslə bağlı daha bir qalmaqal diqqət çəkib. Belə ki, Diananın istintaq davam etdiyi zaman Pəncab Qanunvericilik Məclisi binasında foto və videolar çəkdirməsi sosial şəbəkədə birmənalı qarşılanmayıb. Bildirilir ki, Diana Bağıyeva məhkəmədə iclas otağında, pilləkənlərdə və binanın digər hissələrində şəkillər çəkdirib. Bu da belə bir səs-küylü işdə adı hallanan xarici vətəndaşın belə ciddi hökumət binasına necə giriş əldə etməsi ilə bağlı suallar doğurub.

Zorla içki içirtdilər, təklif olunan pulla razılaşmadılar: Pakistanda təcavüzə uğrayan qızın ifadəsi üzə çıxdı - FOTO Zorla içki içirtdilər, təklif olunan pulla razılaşmadılar: Pakistanda təcavüzə uğrayan qızın ifadəsi üzə çıxdı - FOTO

Paylaş: