“7 oktyabr hadisələri İranın rəhbərlik etdiyi qüvvələrin planının bir hissəsi idi”.
Globalinfo.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.
Onun sözlərinə görə, həmin hücum İsraili məhv etməyə yönəlmiş genişmiqyaslı strategiyanın başlanğıc mərhələsi olub:
“Bu plan üç əsas istiqaməti əhatə edib. Strategiyaya İranın regiondakı müttəfiq və proksi qüvvələrinin eyni vaxtda hücuma keçməsi, İsrail ərazisinə genişmiqyaslı raket zərbələrinin endirilməsi və İranın nüvə silahına sahib olması daxil idi”.
Qeyd edək ki, 7 oktyabr 2023-cü ildə HƏMAS İsrailə qarşı genişmiqyaslı hücum həyata keçirib. Hücum zamanı İsrailin cənubundakı yaşayış məntəqələri və hərbi mövqeləri hədəfə alınıb, çox sayda insan öldürülüb və girov götürülüb. Hadisədən sonra İsrail Qəzzada HƏMAS-a qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb.
Safura Bənnayeva
Globalinfo.az