1791133713 WhatsApp Image 2026 10 04 at 21.07.24

Paytaxtın Qaradağ rayonunda itə qarşı zorakılıq edilib. 

Globalinfk.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Videoda itin hündürmərtəbəli binadan yerə atılması əks olunub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb.

Qaradağ rayonu ərazisində heyvanla rəhmsiz rəftar edən şəxs müəyyən edilib və barəsində müvafiq məsuliyyət tədbirləri görülüb.

Paylaş: