FTB agentini öldürən İran kəşfiyyatçılarına sanksiya tətbiq edildi

ftb

ABŞ administrasiyası keçmiş FTB agenti Robert Levinsonun oğurlanması və ölümündə iştirak etdiyi iddia olunan İranın 3 kəşfiyyatçısına qarşı sanksiyalar tətbiq edib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus bildirib.

Xatırladaq ki, Levinson 2007-ci ildə İrana şəxsi işgüzar səfərə getdikdən sonra yoxa çıxıb. İlk olaraq şəxsi səbəblərlə İrana gəldiyi iddia edilsə də, 2013-cü ildə aparılan jurnalist araşdırmasında Levinsonun ABŞ Kəşfiyyat Mərkəzi (MKİ) ilə əlaqəli olduğu məlum olub. 2019-cu ildə ABŞ hökuməti Levinsonun harada olduğunu öyrənənə qədər 20 milyon dollar mükafat təklif etmişdi.