ABŞ-ın vitse prezidenti J.D Vens Donald Trampı ABŞ administrasiyasının gülməli adamı adlandırıb.
Globalinfo.az xəbər verir ki, o bu barədə “Fox News”a müsahibəsində danışıb.
Vitse-prezident bildirib ki, Trampın administrasiyadakı davranışları bəzən qeyri-adi və əyləncəlidir. Əlavə edib ki, Dövlət katibi Marko Rubio da administrasiyada ən gülməli şəxslər siyahısında ikinci yerdədir və onun yumor hissi çox güclüdür.
Vens oktyabr ayında da iddia etmişdi ki, Tramp uçuşlar zamanı “Air Force One” ətrafında gəzərək yuxuya gedən əməkdaşlarını oyadır və hətta media nümayəndələrini belə söhbətə cəlb edir.
Tahir Turan
Globalinfo.az