vusal

“Bu forum ölkəmizin artan beynəlxalq diplomatik nüfuzunun qlobal müzakirələrə verdiyi töhfənin, eyni zamanda dayanıqlı inkişaf gündəliyinə verilən önəmin göstəricisidir”.

Globalinfo.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov WUF13-də jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu tədbirin məzmunu kifayət qədər geniş və çoxşaxəlidir:

“Forum çərçivəsində müxtəlif istiqamətlər üzrə çoxsaylı məsələlər müzakirə olunur. Bu mövzulardan biri də miqrasiya və məcburi köçkünlərlə bağlı məsələlərdir. Bu gün də məhz həmin istiqamətdə olduqca əhəmiyyətli bir tədbir keçirildi. Əslində, bu tədbir iki həftə əvvəl BMT-nin Baş katibinin təşəbbüsü ilə Nyu-York şəhərində keçirilən Beynəlxalq Miqrasiya İcmaları Forumunda formalaşmış qlobal platformanın davamı xarakteri daşıyır”.

Vüsal Hüseynov qeyd edib ki, miqrasiya prosesləri dünyada çox sürətli dinamika ilə artır:

“İki həftə əvvəl son Dünya Miqrasiya Hesabatı da təqdim olundu və həmin hesabatın nəticələrinə əsasən, beynəlxalq miqrantların sayı dünya üzrə artmaqda davam edir. Bu isə həm şəhərlərin inkişafına, həm sosial infrastrukturun planlaşdırılmasına, həm də dövlətlərin uzunmüddətli siyasətlərinə ciddi təsir göstərən əsas amillərdən biridir”.

Ləman İmran
Globalinfo.az

Paylaş: