Əsgərimizi tapan erməni həmin anlardan danışdı: Biz onu görəndə… – ŞOK / VİDEO

 

16:06

Zəngəzurun Açanan kəndində saxlanılan və işgəncələrə məruz qalan Azərbaycan əsgərinin 3 kənd sakini tərəfindən tutulduğu bildirilib.

Globalinfo.az xəbər verir ki, Qor Ohancanyan adlı şəxs əsgəri necə tapmaları və polisə təhvil vermələrindən danışıb.

“Dostumla kənddən çıxıb Qafana gedirdik. Yolda onu Azərbaycan hərbi formasında gördük. Yaxınlaşıb suallar verdik və azərbaycanlı olduğunu başa düşdük. Üst-başı çirkli və yaş idi. Sonra digər dostum gəldi, onu tutduq. Hadisə yerinə polislər gəldi”, – o bildirib.

Ohancanyan iddia edib ki, guya azərbaycanlı əsgər tapılanda üzərində güllələr, maskalar, sursat, əlində isə ötən gün öldürülən mühafizəçiyə məxsus telefon olub.

Ətraflı videoda:

Ayşən Mustafa
Globalinfo.az