Ermənistanda yüksək vəzifəli məmurlar saxlanıldı

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi İrəvan meriyası aparatının keçmiş rəhbəri Seyran Mejlumyanı və Şəhərsalma və Memarlıq şöbəsinin rəisi səlahiyyətlərini icra edən David Dallakyanı saxlayıb.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, həmin şəxslərin saxlanılmasının təfərrüatı və səbəbləri açıqlamayıb.

Qeyd edək ki, Seyran Mejlumyan ötən cümə günü, mer Hraçya Sarkisyanın istefasından sonra vəzifəsindən getdiyini açıqlamışdı.