Ermənistan seçimini etdi: Bakı B planını işə salır

“Ermənistan Zəngəzur dəhlizinin açılmasında maraqlı olmadığı üçün Azərbaycan Zəngilan rayonunun Ağbənd qəsəbəsində Araz çayı üzərində körpü salaraq Güney Azərbaycandan (İran) Naxçıvanla quru əlaqəsini bərpa edəcək”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Naxçıvana səfəri çərçivəsində bu barədə danışmışdı:

“Ermənistan yenidən blokadada qalmağı seçir. Belə görünür, Zəngəzur dəhlizi İran ərazisindən keçəcək. Qarabağ münaqişəsi bitdi, Azərbaycan öz suverenliyini bərpa etdi. Amma Ermənistan blokada şəraitində yaşamasını davam etdirir. Bu, Ermənistanın müstəqil dövlət olmadığını göstərir.

Bundan sonra da Ermənistanın demokratik olması, Avropa İttifaqına qəbulu kimi cəfəng fikirlər irəli sürənlər qeyri-ciddi adamlardır. Qafqazın müstəqil yaşamaq və güclü ölkə qurmaq potensialına malik xalqı azərbaycanlılardır”.

Turan Rzayev
Globalinfo.az