Ermənistan və İranın Azərbaycanla bağlı ortaq planı: Gecə və gizli formada…

Yanvarın 17-də İran İslam Respublikasının Culfa qəsəbəsi ərazisindən iki ədəd “HINO” markalı avtomaşının hərəkəti qeydə alınıb. Onların üzərində brezentlə örtülmüş naməlum yüklər olub və Ermənistan ərazisinə keçib.

Ermənistan ərazisinə daşınan naməlum yüklər sual doğurur. Proses gecə vaxtı və üstü bağlı maşınlarla reallaşdırılır. Heç kim deyə bilməz ki, bu, humanitar yükdür. Humanitar yük nə üçün yarım-leqal şəkildə icra olunur?

Mövzunu Globalinfo.az-a şərh edən hərbi ekspert Elxan Şıxəliyev qeyd edib ki, Ermənistan hazırda üç ölkədən silahlanmanı həyata keçirir:

“Fransa, Hindistan və Rusiya hərbi-müttəfiqlik müqavilələri çərçivəsində Ermənistanı silahlandırırlar.

Elxan Şıxəliyev: “Heç bir xarici ölkənin vətəndaşı Rusiyada bu addımları atıb özünü təhlükəyə salmaz” - Azinforum.az İnformasiya Portalı

Elxan Şıxəliyev

Rusiya və Hindistan birbaşa deyil, İran vasitəsilə silahlandırma prosesini həyata keçirir. İran da bu kimi halların qarşısını almaq öhdəliyi götürmədiyi üçün silah daşınmasını həvəslə icra edir. Yük yerlərini bağlı və gecə saatlarında bu proses baş tutur ki, Azərbaycana məlumat sızmasın. Bilirlər ki, sözügedən məsələlər rəsmi Bakını qıcıqlandırır və bu, Azərbaycana qarşı mövqe kimi qiymətləndirilir.

Digər tərəfdən, İran üzərindən Ermənistana silah daşınmasında Tehran da maraqlıdır. Bunun bir səbəbi Azərbaycana olan neqativ münasibətdir. Ermənistanın 30 illik işğalı zamanı İran hər zaman Azərbaycana qarşı mövqedən çıxış edib. Digər səbəb isə budur ki, İran bu addımın qarşılığında Ermənistan ərazisindən yükdaşımaları, Avropaya çıxışını həyata keçirir.

Yaxşı olardı ki, Gürcüstan və İran üzərindən Ermənistana şübhəli yüklər daşınmasın. Lakin prosesin hələ davam edəcəyi gözlənilir”.

Safura Bənnayeva
Globalinfo.az