Paşinyanın fikirlərinə Kremldən reaksiya

“Moskva Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkənin KTMT-dən çıxma ehtimalı ilə bağlı bəyanatlarını dinləyib. Vəziyyəti aydınlaşdırmaq üçün təmaslara ehtiyac var”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O, məsələ ilə bağlı bir sıra işlərin görülməli, müzakirələrin aparılmalı olduğunu bildirib:

“Əlbəttə, biz bu bəyanatları eşitmişik. Aydındır ki, indi qarşıda çox iş var. Bizə həm KTMT çərçivəsində, həm də erməni tərəfdaşlarımızla ikitərəfli səviyyədə təmaslar lazımdır. Məsələni aydınlaşdıracaq və yekun qərarı dəqiqləşdirəcəyik. Nikol Paşinyanın bu bəyanatı KTMT-yə yönləndirilib. Kreml təşkilatın adından danışa bilməz”.

Qeyd edək ki, ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında ölkəsinin KTMT-dən çıxmasının anonsunu verib.

Ayşən Mustafa
Globalinfo.az