Ermənilər hazırlaşır: Zəngəzurda aktivlik var – VİDEO

Ermənilərin Fransa ilə əlbir olub törətməyi planlaşdırdıqları yeni TIR şousuna qızğın hazırlıq gedir.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası yazıb.

Belə ki, İrəvandan yola düşən TIR-ları qarşılamaq üçün Zəngəzurda – Kornidzor şəhərində çadırlar qurulub. Bu çadırların “humanitar qərargah” kimi istifadə olunacağı bildirilir.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın Azərbaycanla razılaşdırmadan sərhədə göndərdiyi TIR-lar günlərdir orada qalıb. “Humanitar yardım” adı altında törədilən təxribatın növbəti həmləsi isə bu gün başladılıb. Erməni təxribatında Fransa da yaxından iştirak edir.

Tamerlan Yayaqan
Globalinfo.az